"ShamkirChess 2018": Bu gün Şəhriyarla Teymur qarşılaşacaq

26 Aprel 2018 12:48 Şahmat 807
"ShamkirChess 2018": Bu gün Şəhriyarla Teymur qarşılaşacaq

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində bu gün VII turun görüşləri keçiriləcək.

Sportinfo.az xəbər verir ki, hesabat turunda Azərbaycanın iki qrossmeysteri - Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov üz-üzə gələcək.

Rauf Məmmədov ağ fiqurlarla hollandiyalı Aniş Giri ilə görüşəcək. Yarışın bolqarıstanlı lideri Veselin Topalov qara fiqurlarla norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Teymur Rəcəbov (Azərbaycan)

David Navara (Çexiya) - Dinq Liren (Çin)

Rauf Məmmədov (Azərbaycan) - Aniş Giri (Hollandiya)

Maqnus Karlsen (Norveç) - Veselin Topalov (Bolqarıstan)

Radoslav Voytaşek (Polşa) - Sergey Karyakin (Rusiya)

İlk 6 turdan sonra Veselin Topalov 4 xalla vahid liderdir. Aniş Giri və Maqnus Karlsen 3,5 xalla 2-3-cü yerləri bölüşdürürlər.

Teymur Rəcəbov, Rauf Məmmədov, Dinq Liren və Sergey Karyakin hərəyə 3 xalla 4 - 7-ci pillələrdə qərarlaşıblar.

Şəhriyar Məmmədyarov və Radoslav Voytaşek 2,5 xalla 8-9-cu, David Navara isə 2 xalla sonuncu sırada yer alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR