Dünya ulduzu Şəmkirdə oynadığı futbol haqda: "Həzz aldım"

26 Aprel 2018 11:36 Şahmat 882
Dünya ulduzu Şəmkirdə oynadığı futbol haqda: "Həzz aldım"

"Açılışda yenilik etmək istədim. Amma üstünlük əldə olunmadı".

Sportinfo.az-ın "Shamkir Chess 2018" turnirinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu Vüqar Həşimovun xatirəsinə həsr olunan superturnirin VI turunda Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə edən Maqnus Karlsen mətbuat konfransında deyib.

28 yaşlı qrossmeyster Karyakinlə bir-birilərini yaxşı tanıdıqlarını söyləyib: "Ona görə hər iki tərəf riskdən çəkindi. Belə də heç-heçə qaçılmaz oldu. İstirahət günündən sonra oynamaq asan olmur. Fikrimcə, son 3 tur iştirakçılar üçün həlledici olacaq".

Norveç şahmatçısı istirahət günündə keçirilən futbol turniri haqqında fikirlərini bildirib: "Futbol turniri maraqlı alındı. Həyəcanlı anlar yaşadıq. Əcnəbi şahmatçılardan formalaşan "Dünya yığması" çox yaxşı oyun sərgilədi.

Sergey Karyakin oynamasa da, köməkçisi Denis Xismatulin bizə çox kömək etdi. Qələbəmizdə onun özünəməxsus rolu var. Futbol oyunundan həzz aldım".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR