"ShamkirChess 2018": Şəhriyar və Teymur görüşlərini heç-heçə ilə başa vurdu

25 Aprel 2018 19:12 Şahmat 908
"ShamkirChess 2018": Şəhriyar və Teymur görüşlərini heç-heçə ilə başa vurdu

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində VI turun daha bir görüşü başa çatıb.

Sportinfo.az xəbər verir ki, Teymur Rəcəbov ağ fiqurlarla polşalı Radoslav Voytaşeklə heç-heçə edib.

Qarşılaşma 46-cı gedişdən sonra "sülh"lə bitib. Daha əvvəl Şəhriyar Məmmədyarov çinli Dinq Lirenle xalı yarı bölüb. Eyni nəticə Sergey Karyakin (Rusiya) - Maqnus Karlsen (Norveç) görüşündə də qeydə alınıb.

Hollandiya təmsilçisi Aniş Giri isə çexiyalı David Navaranı məğlub edib. Teymur Rəcəbov keçirdiyi bütün görüşləri heç-heçə başa vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR