"Düşünürdüm ki, yenə heç-heçə olacaq, sonda vəziyyət dəyişdi"

23 Aprel 2018 17:12 Şahmat 744
"Düşünürdüm ki, yenə heç-heçə olacaq, sonda vəziyyət dəyişdi"

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2018" superturnirində IV tur sona yaxınlaşır.

Sportinfo.az xəbər verir ki, IV turda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Bolqarıstan təmsilçisi Veselin Topalova uduzub.

Bolqarıstanlı dünya çempionu Veselin Topalov oyundan sonra partiya haqqında bunları deyib: "Əvvəlcədən üstünlük yox idi. Düşünürdüm ki, növbəti dəfə heç-heçə olacaq.

Sonda vəziyyət dəyişdi. Şəmkirdə ilk qələbəni qazandığım üçün şadam. Ümumiyyətlə Şəmkirdə həmişə normal oyun sərgiləmişəm. Bu qələbə sadəcə 1 xal qazandırdı.

Əsas mübarizə irəlidədi. Təxminən bir il böyük yarışlarda iştirak etmirəm. Bu mənada yaxşı formada olduğumu fikirləşirəm. Məmmədyarovla əksər oyunlarımız məhsuldar alınır".

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i