"Məğlubiyyət məni daha da güclü edəcək, qazanmağa borcluyam"

23 Aprel 2018 11:48 Şahmat 787
"Məğlubiyyət məni daha da güclü edəcək, qazanmağa borcluyam"

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2018" superturnirində IV tur sona yaxınlaşır.

IV turda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Bolqarıstan təmsilçisi Veselin Topalova uduzub.

Sportinfo.az xəbər verir ki, Şəhriyar Məmmədyarov məğlubiyyətə səbəb kimi risk etməsini göstərib:

"Oyunda vəziyyət iki dəfə dəyişdi. Əvvəlcə üstünlük əldə etdim. Amma onu inkişaf etdirmək mümkün olmadı. Sonradan Topalov həlledici gedişlərlə vəziyyəti xeyrinə dəyişdi. İki dəfə heç-heçə etməyə imkanım var idi.

Yəni istəsəydim oyunu bərabərliklə başa çatdırardım. Sadəcə bu nəticəni istəmədim. Qələbə qazanmağı arzulayırdım. Düşündüm ki, nəhayət bu gün qələbə qazanmaq vaxtıdır. Heç-heçə etmədiyim üçün peşman deyiləm

. Risk etdim və sonda uduzdum. Risk etmək həmişə uğurlu sonluqla yekunlaşmır. Bəzən uduzursan. Heç-heçə etməyərək mübarizəni davam etdirdiyim üçün özümü qınamıram.

Məğlubiyyət məni daha da güclü edəcək. Motivasiya artacaq. İndi başa düşürəm ki, növbəti turlarda qələbə qazanmağa borcluyam".

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i