Şəhriyar Məmmədyarov "ShamkirChess 2018"də ilk məğlubiyyətlə üzləşdi

23 Aprel 2018 00:10 Şahmat 763
Şəhriyar Məmmədyarov "ShamkirChess 2018"də ilk məğlubiyyətlə üzləşdi

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində bu gün IV turun qarşılaşmaları oynanılıb.

Sportinfo.az xəbər verir ki, 5 görüşdən 3-ü Azərbaycan şahmatçılarının iştirakı ilə baş tutub.

Teymur Rəcəbov ağ fiqurlarla norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gəlib. Görüş 19-cu gedişdə heç-heçə ilə yekunlaşıb.

Eyni nəticə daha 3 görüşdə, o cümlədən, Rauf Məmmədovun polşalı Radoslav Voytaşeklə oyununda qeydə alınıb. Əvəzində Şəhriyar Məmmədyarov qara fiqurlarla bolqar Veselin Topalova uduzub.

Turun nəticələri:

Sergey Karyakin (Rusiya) - David Navara (Çexiya) - 0,5:0,5

Aniş Giri (Hollandiya) - Dinq Liren (Çin) - 0,5:0,5

Teymur Rəcəbov (Azərbaycan) - Maqnus Karlsen (Norveç) - 0,5:0,5

Veselin Topalov (Bolqarıstan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 1:0

Radoslav Voytaşek (Polşa) - Rauf Məmmədov (Azərbaycan) - 0,5:0,5

İlk 4 turdan sonra Veselin Topalov 2,5 xalla liderdir. Bu tur da heç-heçəyə imza atmış 8 şahmatçı 2 xalla 2 - 9-cu yerləri bölüşürlər. Şəhriyar Məmmədyarov isə 1,5 xalla sonuncu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i