"ShamkirChess 2018" superturnirində III tura yekun vuruldu

22 Aprel 2018 00:10 Şahmat 678
"ShamkirChess 2018" superturnirində III tura yekun vuruldu

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində bu gün III turun görüşləri keçirilib.

Sportinfo.az xəbər verir ki, ilk 2 turda olduğu kimi, yenə bütün görüşlərdə qalib müəyyənləşməyib.

Azərbaycan təmsilçilərindən Rauf Məmmədov nörveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gəlib.

Tərəflər arasında mübarizə taxta üzərində yalnız şah fiquru qalanadək davam edib. 51-ci gedişə təsadüf edən bu hal heç-heçəni şərtləndirib.

Teymur Rəcəbov qara fiqurlarla hollandiyalı Aniş Giriyə rəqib olub. Görüş 40-cı gedişdə "sülh"lə yekunlaşıb.

Şəhriyar Məmmədyarov isə ağ fiqurlarla Rusiya təmsilçisi Sergey Karyakinlə qarşılaşıb. Tərəflər 39-cu gedişdə heç-heçəyə razılaşıblar. 3 turdan sonra 10 iştirakçının hamısının aktivində 1,5 xal var.

Turun nəticələri:

Aniş Giri (Hollandiya) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5

Dinq Liren (Çin) - Veselin Topalov (Bolqarıstan) - 0,5:0,5

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5

David Navara (Çexiya) - Radoslav Voytaşek (Polşa) - 0,5:0,5

Rauf Məmmədov (Azərbaycan) - Maqnus Karlsen (Norveç) - 0,5:0,5

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR