Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Shamkir Chess-2018 superturnirində bu gün 3-cü turun görüşləri keçiriləcək.
Sportinfo.az xəbər verir ki, təmsilçilərimizdən Şəhriyar Məmmədyarov rusiyalı Sergey Karyakinlə qarşılaşacaq.
Teymur Rəcəbov hollandiyalı Aniş Giri ilə üz-üzə gələcək. Rauf Məmmədovu isə bu tur daha çətin qarşılaşma gözləyir. O, dünya çempionu Maqnus Karlsenlə görüşəcək.
Turnirin əvvəlki turlarında bütün görüşlər heç-heçə başa çatıb. İsveçrə sistemi ilə keçirilən turnir 9 turdan ibarətdi.
Aniş Giri (Hollandiya) - Teymur Rəcəbov (Azərbaycan)
Dinq Liren (Çin) - Veselin Topalov (Bolqarıstan)
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Sergey Karyakin (Rusiya)
David Navara (Çexiya) - Radoslav Voytaşek (Polşa)
Rauf Məmmədov (Azərbaycan) - Maqnus Karlsen (Norveç)

