Vüqar Həşimovun xatirə turniri: 2-ci turda qalib olmadı

21 Aprel 2018 00:00 Şahmat 938
Vüqar Həşimovun xatirə turniri: 2-ci turda qalib olmadı

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Shamkir Chess 2018 superturnirində bu gün 2-ci turun görüşləri keçirilib.

Sportinfo.az xəbər verir ki, bu turda da bütün qarşılaşmalar heçə-heçə yekunlaşıb.

Şəhriyar Məmmədyarov qara fiqurlarla polşalı Radoslav Voytaşeklə “sülh”ə razılaşıb. Azərbaycanın bu turnirdəki digər 2 təmsilçisi - Teymur Rəcəbovla Rauf Məmmədov isə bir-biri ilə qarşılaşıb.

Günün digər görüşlərində olduğu kimi, onlar da heç-heçə ilə kifayətlənməli olublar. İlk turda da bütün qarşılaşmalar heç-heçə yekunlaşmışdı. Hazırda 10 iştirakçının hamısının aktivində 1 xal var.


Sergey Karyakin (Rusiya) - Dinq Liren (Çin) - 0,5:0,5

Maqnus Karlsen (Norveç) - David Navara (Çexiya) - 0,5:0,5
Teymur Rəcəbov (Azərbaycan) - Rauf Məmmədov (Azərbaycan) - 0,5:0,5
Veselin Topalov (Bolqarıstan) - Aniş Giri (Hollandiya) - 0,5:0,5
Radoslav Voytaşek (Polşa) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i