Azərbaycanın hər 3 şahmatçısı yenə heç-heçə etdi

20 Aprel 2018 18:48 Şahmat 934
Azərbaycanın hər 3 şahmatçısı yenə heç-heçə etdi

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində bu gün II turun görüşləri keçirilir.

Sportinfo.az xəbər verir ki,, Azərbaycan təmsilçilərindən ikisi bir-biri ilə üz-üzə gəlib. Teymur Rəcəbov ağ fiqurlarla Rauf Məmmədovu sınağa çəkib.

Görüş 50-ci gedişdən sonra heç-heçə ilə yekunlaşıb - 0,5:0,5. Rusiyalı Sergey Karyakin və çinli Dinq Liren arasındakı qarşılaşma da "sülh"lə bitib.

Şəhriyar Məmmədyarov qara fiqurlarla polşalı Radoslav Voytaşeklə xalı yarı bölüb. Tərəflər 41-ci gedişdən sonra heç-heçəyə razılaşıblar. İlk turun bütün görüşləri heç-heçə ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i