"ShamkirChess 2018": Bu gün Azərbaycanlılar üz-üzə gələcək

20 Aprel 2018 10:36 Şahmat 3 550
"ShamkirChess 2018": Bu gün Azərbaycanlılar üz-üzə gələcək

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində bu gün II turun görüşləri keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən ikisi bir-biri ilə üz-üzə gələcək.

Teymur Rəcəbov ağ fiqurlarla Rauf Məmmədovu sınağa çəkəcək. Şəhriyar Məmmədyarov isə qara fiqurlarla polşalı Radoslav Voytaşeklə qarşılaşacaq.

Turun proqramı:

Sergey Karyakin (Rusiya) - Dinq Liren (Çin)

Maqnus Karlsen (Norveç) - David Navara (Çexiya)

Teymur Rəcəbov (Azərbaycan) - Rauf Məmmədov (Azərbaycan)

Veselin Topalov (Bolqarıstan) - Aniş Giri (Hollandiya)

Radoslav Voytaşek (Polşa) - Şəhriyar Məmmədyarov (Azərbaycan)

Görüşlər saat 15:00-da başlanacaq. İlk turda bütün qarşılaşmalar heç-heçə ilə yekunlaşıb. Hazırda 10 iştirakçının hamısının aktivində 0,5 xal var.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i