Azərbaycanın hər 3 ulduzu heç-heçə ilə başladı - FOTO

20 Aprel 2018 00:30 Şahmat 994
Azərbaycanın hər 3 ulduzu heç-heçə ilə başladı - FOTO

Mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turniri start götürüb.

Sportinfo.az xəbər verir ki, beşinci dəfə keçirilən turnirin ilk turunda təmsilçilərimizdən Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gəlib.

Tərəflər heç-heçəyə razılaşıblar. Teymur Rəcəbov bolqarıstanlı Veselin Topalovla, Rauf Məmmədov isə çexiyalı David Navara ilə qarşılaşıb.

Onlar da rəqibləri ilə "sülh bağlayıblar". Ümumilikdə, ilk turda qələbə qazanan olmayıb. İsveçrə sistemiylə keçiriləcək turnir 9 turdan ibarət olacaq.

Veselin Topalov (Bolqarıstan, 2749) - Teymur Rəcəbov (Azərbaycan, 2748) 0,5:0,5
Aniş Giri (Hollandiya, 2777) - Sergey Karyakin (Rusiya, 2778) 0,5:0,5
Dinq Liren (Çin, 2778) - Radoslav Voytaşek (Polşa, 2744) 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) - Maqnus Karlsen (Norveç, 2843) 0,5:0,5
David Navara (Çexiya, 2745) - Rauf Məmmədov (Azərbaycan, 2704) 0,5:0,5

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i