"Bu turnirin sponsoru olmağımıza görə şərəf hissi duyuruq"

19 Aprel 2018 12:48 Şahmat 941
"Bu turnirin sponsoru olmağımıza görə şərəf hissi duyuruq"

"Vüqar Həşimov hər zaman vətənini və idman şərəfini layiqincə qoruyub".

“Report”un qərb bürosu xəbər verir ki, bunu "Shamkir Chess 2018" beynəlxalq şahmat turnirinin açılış mərasimində SOCAR-ın iş rejimi, kadrlar və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov deyib.

Sportinfo.az xəbər verir ki, o, turnirin sponsoru olmaqda şərəf hissi duyduqlarını və turniri açıq elan etdiyini bildirib:

"Ölkəmizdə şahmata böyük diqqət və maraq var. Şəmkirdə belə bir yüksək səviyyədə superliqanın təşkil olunması ölkə başçısının şahmata olan diqqətinin nəticəsidir. Bizdə SOCAR olaraq hər zaman ölkə idmanına, o cümlədən şahmata dəstək göstəririk.

"SOCAR Azərbaycan" şahmat kulubu 2 dəfə Avropa Çempionlar Kubokunu qazanıb. Bu gün də, bu turnirin sponsoru olmaqda şərəf hissi duyuruq və turniri açıq elan edirəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR