"Artıq on ildi ki, şirkətimiz bu federasiyaya sponsorluq edir"

19 Aprel 2018 15:36 Şahmat 1 060
"Artıq on ildi ki, şirkətimiz bu federasiyaya sponsorluq edir"

“Azərbaycan dünyada idman tədbirlərinin yüksək səviyyədə təşkili sahəsində zəngin təcrübəyə malikdi.

Bu da beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan həm də dünyada idman ölkəsi kimi tanınır”.

Sportinfo.az xəbər verir ki, bu sözü jurnalistlərə açıqlamasında Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov söyləyib.

Bu ilin sentyabrında Batumidə 43-cü Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyini deyən həmyerlimiz, tədbirlə bağlı bunu deyib:

“Gürcüstan bu estafeti Azərbaycandan qəbul edib. Ölkəmiz 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasını yüksək səviyyədə təşkil etməklə adını tarixə yazdı. Həmin olimpiadada rekord sayda komanda iştirak etmişdi.

Təşkilatçılıq isə xüsusilə yüksək səviyyədə olub. Bunun nəticəsində FİDE-nin yekdil qərarı ilə 42-ci Ümumdünya Şahmat Olimpiadası tarixdə ən yüksək səviyyədə təşkil olunan şahmat olimpiya oyunları qiymətinə layiq görüldü.

Bu da Azərbaycanın idman ölkəsi kimi tanındığını bir daha sübut etdi və ölkəmiz idman sahəsində də adını tarixə yazdı. Artıq on ildir ki, SOCAR Gürcüstan Şahmat Federasiyasına sponsorluq edir.

Bunun nəticəsində gürcü şahmatçılar da beynəlxalq yarışlarda uğur qazanırlar. Ümid edirəm ki, Gürcüstan dövləti və Şahmat Federasiyası bu yarışı yüksək səviyyədə təşkil edəcəkdir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR