"İstirahət edəcəm" - Məktub yazdı, Şəmkirə gəlməyəcək

14 Aprel 2018 15:36 Şahmat 834
"İstirahət edəcəm" - Məktub yazdı, Şəmkirə gəlməyəcək

Beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” superturnirində iştirakçıların siyahısında dəyişiklik edilib.

Sportinfo.az xəbər verir ki, sabiq dünya çempionu Vladimir Kramnik Təşkilat Komitəsinə məktub ünvanlayaraq, Berlində keçirilən İddiaçıların Turnirindən sonra istirahətə ehtiyac duyduğunu qeyd edib, bu üzdən başqa şahmatçı ilə əvəz olunmasını istəyib.

Yarış iştirakçılarına uğurlar arzulayan 43 yaşlı qrossmeyster növbəti illərdə ölkəmizdə keçiriləcək turnirlərə böyük məmnuniyyətlə qatılacağını yazıb. Kramnikin əvəzinə Radoslav Voytaşek (Polşa, 2744) Memorialda mübarizə aparacaq.

Voytaşek daha öncə Şəmkirdə olub. Ancaq Radoslav 2014-cü ildə keçirilən ilk yarışda B turnirində iştirak edib. Bu dəfə isə elit şahmatçılarla mübarizə aparacaq.

Memorialın digər iştirakçıları Maqnus Karlsen (Norveç, 2843), Dinq Liren (Çin, 2778), Sergey Karyakin (Rusiya, 2778), Aniş Giri (Hollandiya, 2777), Veselin Topalov (Bolqarıstan, 2749), David Navara (Çexiya, 2745), Şəhriyar Məmmədyarov (2814), Teymur Rəcəbov (2748) və Rauf Məmmədov (2704) olacaq. Turnirin təntənəli açılış mərasimi aprelin 18-də Şəmkirdəki Heydər Əliyev Mərkəzində keçiriləcək. Birdövrəli sistem üzrə baş tutacaq yarışa aprelin 28-də yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i