“Nakhchivan Open-2018” yarışının qalibləri ümummilli liderin doğum günündə bilinəcək

11 Aprel 2018 08:48 Şahmat 554
“Nakhchivan Open-2018” yarışının qalibləri ümummilli liderin doğum günündə bilinəcək

Heydər Əliyevin anadan olmasının 95 illiyinə ənənəvi “Nakhchivan Open-2018” beynəlxalq şahmat turniri keçiriləcək.

Sportinfo.az xəbər verir ki, 3 qrupdan (“A”, “B”, “C”), İsveçrə sistemi üzrə 9 turdan ibarət olan yarış mayın 1-də başlayacaq. “A”-da 1-ci mükafatın məbləği 5000 dollardır. Bu qrupda 18 qrossmeyster qeydiyyata alınıb.

Festival çərçivəsində istirahət günündə mükafat fondu 2000 dollara bərabər olan blits-turnir keçiriləcək. İlkin iştirak siyahısında Azərbaycan, Belarus, İsrail, Niderland, Almaniya, İspaniya, Yunanıstan, İran, Bolqarıstan və digər ölkələri təmsil edən 21 şahmatçı qeydiyyatan keçib. Turnirin qalibləri mayın 10-da, ümummilli liderin doğum günündə bilinəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR