Azərbaycan şahmatçısı Baden-Badendə Vişvanatan Anandla qarşılaşacaq

8 Aprel 2018 16:09 Şahmat 574
Azərbaycan şahmatçısı Baden-Badendə Vişvanatan Anandla qarşılaşacaq

Bu gün Almaniyanın Baden-Baden şəhərində "Grenke Chess Classic" şahmat turnirinin 8-ci turu keçiriləcək.

Sportinfo.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Arkadi Naydiç bu tur hindistanlı qrossmeyster Vişvanatan Anandla qarşılaşacaq.

Partiyalara Bakı vaxtı ilə 17:00-da start veriləcək.

Maqnus Karlsen (Norveç) – Nikita Vitüqov (Rusiya)

Fabiano Karuana (ABŞ) – Levon Aronyan (Ermənistan)

Mattias Blübaum (Almaniya) – Maksim Vaşye-Laqrav (Fransa)

Georq Mayer (Almaniya) – Hou İfan (Çin)

Arkadi Naydiç (Azərbaycan) – Vişvanatan Anand (Hindistan)

Turnir cədvəli: Karuana – 5, Vitüqov, Karlsen – 4,5, Vaşye-Laqrav, Aronyan –4, Blübaum – 3,5, Naydiç, Anand, İfan – 2,5, Mayer – 2.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR