Azərbaycan yığmasının üzvü Almaniyada superturnirə heç-heçə ilə başladı

1 Aprel 2018 10:31 Şahmat 647
Azərbaycan yığmasının üzvü Almaniyada superturnirə heç-heçə ilə başladı

Şahmat üzrə hazırkı dünya çempionu Maqnus Karlsen (Norveç) və dünya tacına namizəd Fabiano Karuana (Amerika) Almaniyada keçirilən "Grenke Chess Classic" superturnirinin birinci turunda heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən Arkadi Naydiç ilk oyununu fransalı Maksim Vaşye-Laqrava qarşı keçirib və görüş heç-heçə başa çatıb.

Almaniyalı Georq Mayer və turnirin hazırkı qalibi Levon Aronyan, həmçinin çinli xanım şahmatçı Hou İfan və Vişvanatan Anand (Hindistan) da partiyanı heç-heçə başa vurub.

Turda yeganə qələbə rusiyalı qrossmeyster Nikita Vitüqov ilə alman Mattias Blübaumom arasında keçirilən oyunda qeydə alınıb. Rusiyalı şahmatçı görüşdən qalib ayırılıb. İlk turdan sonra Vitüqov bir xal ilə turnirin vahid lideridir.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i