Şəhriyar Məmmədyarov FİDE reytinqindəki mövqeyini qorudu

31 Mart 2018 17:36 Şahmat 660
Şəhriyar Məmmədyarov FİDE reytinqindəki mövqeyini qorudu

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2018-ci ilin aprel ayı üçün yeni reytinq siyahısını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 2814 xalla ikinci pillədəki mövqeyini qoruyub.

33 yaşlı şahmatçı birinci pillədə qərarlaşan Maqnus Karlsendən 29 xal geri qalır. İddiaçılar Turnirinin qalibi amerikalı Fabiano Karuana isə 3-cü yerdədi.

Azərbaycanın digər təmsilçilərinə gəldikdə isə Teymur Rəcəbov 18-ci, Rauf Məmmədov 38-ci və Arkadi Naydiç 44-cüdür.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i