"Mənim də şansım var" - FOTO

31 Mart 2018 08:24 Şahmat 685
"Mənim də şansım var" - FOTO

"Sonuncu turda liderliyi əldən verə bilərdim.

Qrişukun qələbə şansı var idi, eləcə də Şəhriyarın qara fiqurlarla Kramniki məğlub etməsi mümkün idi”.

Sportinfo,az xəbər verir ki, bunu Almaniyanın paytaxtı Berlində İddiaçılar Turnirinin qalibi olan Fabiano Karuana deyib.

ABŞ qrossmeysteri son görüşdə heç-heçəyə köklənmədiyini söyləyib: “Mənim üçün ən yaxşısı normal qaydada partiyanı oynamaq idi.

Görüşün başlanğıcından bərabərliyə can atmırdım. Öz oyunumu keçirir və hadisələrin necə inkişaf edəcəyinə baxırdım”.

Karuana 9 – 28 noyabrda İngiltərənin paytaxtı Londonda Şahmat tacı uğrunda görüşdə norveçli Maqnus Karlsenlə üz-üzə gələcək. 25 yaşlı şahmatçı hesab edir ki, həmin dueldə şanslar bərabərdir:

“Karsenin favorit olduğunu düşünmürəm. Mənim də şansım var. Hər şey yarışa necə hazırlaşacağımdan asılı olacaq”.

Fabiano Karuana 9 xalla İddiaçılar Turnirinin qalibi olub. İkinci yeri tutan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə 8 xal toplayıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i