"Azərbaycanlı olsam da, mənə yox, erməniyə dəstəyi də gördüm"

28 Mart 2018 10:12 Şahmat 882
"Azərbaycanlı olsam da, mənə yox, erməniyə dəstəyi də gördüm"

Almaniyanın paytaxtı Berlində İddiaçılar Turnirində ikinci yeri tutan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov azarkeşlərə təşəkkür edib.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı qrossmeyster şəxsi “facebook” hesabı vasitəsi ilə yarış ərzində ona dəstək olan şəxslərə minnətdarlığını çatdırıb.

O, turnirin qalibi ola bilmədiyi üçün azarkeşlərdən üzr istəyib: “Dostlar, sizdən şikayətim yoxdur, sadəcə, məni dinləyin.

Zamanım az olsa da, sizləri izlədim. Azərbaycanlı olsam da, mənə yox, italyana, erməniyə olan dəstəyi də gördüm.

Demək istədiyim budur – yaxşı ki, varsınız. Sizlərə birincilik yaşatmadığım üçün üzr istəyirəm. Amma sonuncu olmaq hissiyatını yaxın belə, buraxmadım.

Çox sağ olun, mənə sona qədər inandınız. Bütün mesajlarınızı aldım. Cavab almadınızsa, üzrlü sayın, sadəcə, inanın. Yaxşı ki, varsınız. Biz geri qayıdacağıq. Uğurlar və 10 dəfə çox sağ olun”.

İddiaçılar Turnirinin qalibi 9 xalla ABŞ şahmatçısı Fabiano Karuana olub. Ş.Məmmədyarov isə 8 xal toplayıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i