Karuana qalib, Kramniklə heç-heçə edən Məmmədyarov ikinci oldu

28 Mart 2018 00:20 Şahmat 663
Karuana qalib, Kramniklə heç-heçə edən Məmmədyarov ikinci oldu

Almaniyanın paytaxtı Berlindəki şahmat tacına iddiaçılar turnirində bu gün sonuncu - 14-cü turun görüşləri keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov rusiyalı Vladimir Kramniklə qarşılaşıb.

Qara fiqurlarla oynayan təmsilçimiz rəqibi ilə heç heçə edib. Bunadək lider olan Fabiano Karuana isə Aleksandr Qrişuka qalib gəlməklə turnirin qalibi olub.

Vladimir Kramnik (2800, Rusiya) – Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) - 0,5:0,5

Levon Aronyan (2794, Ermənistan) – Uesli So (2799, ABŞ) - 0,5:0,5

Sergey Karyakin (2763, Rusiya) – Liren Dinq (2769, Çin) - 0,5:0,5

Aleksandr Qrişuk (2767, Rusiya) – Fabiano Karuana (2784, ABŞ) - 0:1

Turnir cədvəli: Karuana - 9 xal, Məmmədyarov, Karyakin - 8; Dinq - 7, Qrişuk - 6,5; Kramnik, So - 6, Aronyan - 4.5

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i