Şəhriyar Kramnikə qalib gələrsə... TAC uğrunda matça çıxmaq hüququ qazanacaq

27 Mart 2018 16:12 Şahmat 701
Şəhriyar Kramnikə qalib gələrsə... TAC uğrunda matça çıxmaq hüququ qazanacaq

Berlində keçirilən kişi şahmatçıları arasında iddiaçıların turniri bu gün başa çatır.

Sportinfo.az xəbər verir ki, Maqnus Karlsenə rəqib olmaq şanslarını 4 dərin zəka sahibi qoruyur.

Bunlar Fabiano Karuana, Sergey Karyakin və Dinq Lirenlə yanaşı, həmyerlimiz Şəhriyar Məmmədyarovdu.

Hazırda lider Karuanadan 0,5 xal geri qalan Məmmədyarov ilk növbədə Vladimir Kramniki məğlub etməlidi.

Belədə, Karuana Qrişşuk üzərində qələbə qazanmasa, əlavə göstəricilərə görə, Şəhriyar turnirin qalibi olacaq və Maqnus Karlsenlə şahmat Tacı uğrunda matça çıxmaq hüququ qazanacaq.

Aleksandr Qrişşuk (Rusiya) – Fabiano Karuana (ABŞ)
Levon Aronyan (Ermənistan) – Uesli So (ABŞ)
Sergey Karyakin (Rusiya) – Dinq Liren (Çin)
Vladimir Kramnik (Rusiya) – Şəhriyar Məmmədyarov (Azərbaycan)

13 turdan sonra turnir cədvəli: 1. Karuana – 8; 2-3. Məmmədyarov, Karyakin – 7,5 4. Liren – 7; 5. Qrişşuk – 6,5; 6. Kramnik – 6; 7. So – 5,5; 8. Aronyan – 4.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i