Bu gün Şəhriyar İddiaçılar turnirində həlledici görüşünü keçirəcək

26 Mart 2018 08:48 Şahmat 711
Bu gün Şəhriyar İddiaçılar turnirində həlledici görüşünü keçirəcək

Bu gün Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar turnirinin XIII turunun görüşləri keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla rusiyalı Aleksandr Qrişukla üz-üzə gələcək.

On bir turdan sonra hər iki qrossmeyster çinli Din Lijenlə birgə 6,5 xalla 3-5-ci yerləri bölüşdürür. Görüşü məğlub başa vuracaq şahmatçı turnirin qalibi olma şanslarını faktiki itirəcək.

Turun digər görüşləri:

Uesli So (ABŞ) - Sergey Karyakin (Rusiya)

Fabiano Karuana (ABŞ) - Levon Aronyan (Ermənistan)

Din Lijen (Çin) - Vladimir Kramnik (Rusiya)

Hazırda turnir cədvəlinə hərəyə 7 xala malik Karyakin və Karuana başçılıq edir. Şəhriyar Məmmədyarov, Aleksandr Qrişuk və Din Lijen hərəyə 6,5 xalla 3-5-ci yerləri bölüşür. Kramnik 5,5 xalla 6-cı, So 5 xalla 7-ci, Aronyan 4 xalla 8-cidir.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i