Şəhriyar Məmmədyarov Levon Aronyanla heç-heçə oynadı

21 Mart 2018 00:10 Şahmat 682
Şəhriyar Məmmədyarov Levon Aronyanla heç-heçə oynadı

Almaniyanın paytaxtı Berlində keçirilən şahmat üzrə İddiaçılar turnirində bu gün IX turun görüşləri olub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla ermənistanlı Levon Aronyanla qarşılaşıb.

Tərəflər 41-ci gedişdə heç-heçəyə razılaşıblar. Bununla da, Məmmədyarov turnirdə 7-ci heç-heçəsini əldə edib. Onun aktivində 2 qələbə də var.

Aronyan isə görüşlərindən 1 qələbə, 3 məğlubiyyət və 5 heç-heçə ilə ayrılıb. İki şahmatçı arasında ilk dövrədəki görüşdə də qalib müəyyənləşməyib - 0,5:0,5.

Turun digər görüşləri:

Fabiano Karuana (ABŞ) - Din Lijen (Çin)

Uesli So (ABŞ) - Aleksandr Qrişuk (Rusiya) - 0,5:0,5

Sergey Karyakin (Rusiya) - Vladimir Kramnik (Rusiya) - 1:0

Oyunlar Bakı vaxtı ilə saat 18:00-da başlayıb.

İddiaçılar turnirinin ümumi mükafat fondu 420 min avrodur. Qalib şahmatçı norveçli Maqnus Karlsenlə dünya çempionu titulu uğrunda görüşə çıxacaq.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i