Bu gün Almaniyada azərbaycanlı-erməni dueli

20 Mart 2018 11:48 Şahmat 655
Bu gün Almaniyada azərbaycanlı-erməni dueli

Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turnirində bu gün IX turun görüşləri keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla ermənistanlı Levon Aronyanla qarşılaşacaq.

Məmmədyarov əvvəlki oyunlarından 2 qələbə, 6 heç-heçə, Aronyan isə 1 qələbə, 3 məğlubiyyət və 4 heç-heçə ilə ayrılıb. İki şahmatçı arasında ilk dövrədəki görüşdə qalib müəyyənləşməyib - 0,5:0,5.

Turun digər görüşləri:

Fabiano Karuana (ABŞ) - Din Lijen (Çin)

Uesli So (ABŞ) - Aleksandr Qrişuk (Rusiya)

Sergey Karyakin (Rusiya)- Vladimir Kramnik (Rusiya)

Oyunlar Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. 8 turdan sonra Karuana 5,5 xalla vahid liderdir. Məmmədyarov 5 xalla 2-ci, Qrişuk 4,5 xalla 3-cü, Din Lijen 4 xalla 4-cü yerdə qərarlaşıb.

5-6-cı pillələrdəki Karyakinlə Kramnikin hərəyə 3,5 xalı var. Son 2 pilləni isə hərəyə 3 xalı olan Aronyanla So bölüşür.

İddiaçılar Turnirinin ümumi mükafat fondu 420 min avrodur. Qalib şahmatçı norveçli Maqnus Karlsenlə dünya çempionu titulu uğrunda görüşə çıxacaq.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i