Məmmədyarov İddiaçılar Turnirində növbəti qələbəsini Kramnik üzərində qazandı

17 Mart 2018 00:40 Şahmat 642
Məmmədyarov İddiaçılar Turnirində növbəti qələbəsini Kramnik üzərində qazandı

Almaniyanın paytaxtı Berlindəki İddiaçılar Turnirində VI turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın yeganə təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla rusiyalı Vladimir Kramniklə qarşılaşıb.

Rəqib 64-cü gedişdə təslim olub. Bununla da Məmmədyarov turnirdə ikinci qələbəsini qazanıb. O, ilk turda İddiaçılar Turnirinin ötən qalibi, rusiyalı Sergey Karyakini yenib.

Fabiano Karuana (ABŞ) – Aleksandr Qrişuk (Rusiya) - 0.5:0.5

Uesli So (ABŞ) – Levon Aronyan (Ermənistan) - 1:0

Din Lirjen (Çin) – Sergey Karyakin (Rusiya) - 0.5:0.5

Şəhriyar Məmmədyarov (Azərbaycan) – Vladimir Kramnik (Rusiya) 1:0

Hazırda Məmmədyarov və Karuana hərəyə 4 xalla turnir cədvəlinə başçılıq edirlər. Qrişuk, Lijen və Kramnik hərəyə 3 xalla 3 - 5-ci, Aronyan və So hərəyə 2.5 xalla 6-7-ci, Karyakin isə 2 xalla 8-ci yerdədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR