Məmmədyarov İddiaçılar Turnirində ardıcıl üçüncü heç-heçəsini etdi

15 Mart 2018 10:24 Şahmat 571
Məmmədyarov İddiaçılar Turnirində ardıcıl üçüncü heç-heçəsini etdi

Almaniyanın paytaxtı Berlində keçirilən İddiaçılar turnirində bu gün IV turun görüşləri baş tutub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov amerikalı Uesli So ilə üz-üzə gəlib.

Görüş heç-heçə ilə yekunlaşıb - 0,5:0,5. Bununla da, 33 yaşlı qrossmeyster ardıcıl üçüncü görüşündə xalları yarı bölüb. Hazırda onun aktivində 2,5 xal var.

Aleksandr Qrişuk (Rusiya) – Din Lijen (Çin) – 0,5:0,5

Şəhriyar Məmmədyarov (Azərbaycan) – Uesli So (ABŞ) – 0,5:0,5

Vladimir Kramnik (Rusiya) – Fabiano Karuana (ABŞ) – 0:1

Sergey Karyakin (Rusiya) – Levon Aronyan (Ermənistan) – 0:1

Turnir cədvəli: Karuana – 3, Kramnik, Məmmədyarov – 2,5, Lijen, Aronyan, Qrişuk – 2, So, Karyakin – 1.

Yarışın V turu martın 15-də keçiriləcək.

Partiyaların başlama vaxtı Bakı vaxtı ilə 18.00-dadır.

Levon Aronyan (Ermənistan) – Aleksandr Qrişuk (Rusiya)

Fabiano Karuana (ABŞ) – Sergey Karyakin (Rusiya)

Uesli So (ABŞ) – Vladimir Kramnik (Rusiya)

Din Lijen (Çin) – Şəhriyar Məmmədyarov (Azərbaycan)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR