Məmmədyarov İddiaçılar turnirində erməni ilə heç-heçə etdi

12 Mart 2018 00:40 Şahmat 700
Məmmədyarov İddiaçılar turnirində erməni ilə heç-heçə etdi

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Berlində təşkil olunan İddiaçılar turnirində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı şahmatçı II turda erməni Levon Aronyanla qarşılaşıb.

Partiya 24-cü gedişdə 0.5:0.5-lik heç-heçə ilə başa çatıb. Birinci turda Ş.Məmmədyarov rusiyalı Sergey Karyakinə qalib gəlib, L.Aronyan isə çinli Din Lijen ilə xalları yarı bölüb.

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Levon Aronyan (Ermənistan) - 0.5:0.5

Din Lijen (Çin) - Fabiano Karuana (ABŞ)

Vladimir Kramnik (Rusiya) - Sergey Karyakin (Rusiya)

Aleksandr Qrişuk (Rusiya) - Uelsi So (ABŞ)

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i