Məmmədyarov xatirə turnirində ilk günü lider kimi başa vurdu

3 Mart 2018 10:24 Şahmat 651
Məmmədyarov xatirə turnirində ilk günü lider kimi başa vurdu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın paytaxtı Moskvada start götürən Mixail Talın xatirə turnirində ilk günü lider kimi başa vurub.

Sportinfo.az xəbər verir ki, sürətli şahmat üzrə 3 tur oynanılıb.

Otuz üç yaşlı qrossmeyster rusiyalı Petr Svidlerlə hindistanlı dünya çempionu Vişvanatan Anandı yenib. Daha bir rusiyalı Vladimir Kramniklə görüş isə heç-heçə nəticələnib.

Beləliklə, ilk 3 turdan sonra Məmmədyarov 2,5 xalla liderdir. Daha 6 turun keçiriləcəyi sürətli şahmat yarışına martın 4-də yekun vurulacaq.

Martın 5-də isə 13 turdan ibarət blits-turnir təşkil olunacaq. Şəhriyar Məmmədyarov 10 - 28 martda Almaniyanın paytaxtı Berlində İddiaçılar Turnirində mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i