Azərbaycanlı İddiaçılar Turnirinə favorit kimi başlayacaq

1 Mart 2018 10:36 Şahmat 587
Azərbaycanlı İddiaçılar Turnirinə favorit kimi başlayacaq

Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti reytinq siyahısını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov xallarının 2814-dən 2809-a enməsinə baxmayaraq, ikinci sıradakı mövqeyini qoruyub.

Hazırda o, birinci pillədəki norveçli dünya çempionu Maqnus Karlsendən 34 xal geri qalır. Bu isə o deməkdi ki, Ş.Məmmədyarov martın 10-da Almaniyanın paytaxtı Berlində start götürəcək İddiaçılar Turnirinə reytinq favoriti kimi başlayacaq.

Çünki bu turnirin qalibi dünya çempionluğu uğrunda görüşdə məhz Karlsenlə üz-üzə gələcək. Azərbaycanın digər təmsilçilərinə gəldikdə, Teymur Rəcəbov 2748 xalla 18-ci pillədə qalıb.

Bir pillə irəliləyən Rauf Məmmədov 2709 xalla 39-cudur. Dörd sıra geriləyən Arkadi Naydiç isə 2701 xalla 45-cidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR