Məmmədyarov "Tata Steel Chess"də 4-cü qələbəsini qazandı

20 Yanvar 2018 21:00 Şahmat 689
Məmmədyarov "Tata Steel Chess"də 4-cü qələbəsini qazandı

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" festivalında dördüncü qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı qrossmeyster VII turda ağ fiqurlarla çinli Vey İni məğlub edib.

Rəqib 30-cu gedişdə təslim olub. Bununla da xallarını 5,5-ə çatdıran Məmmədyarov vahid liderliyini davam etdirib. O, ən yaxın izləyicilərini 1 xal geridə qoyub.

VIII turda Şəhriyar Məmmədyarov qara fiqurlarla hollandiyalı Aniş Giriyə rəqib olacaq. Görüş yanvarın 21-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i