"Özümdən asılı olan hər şeyi edəcəm"

20 Yanvar 2018 18:12 Şahmat 716
"Özümdən asılı olan hər şeyi edəcəm"

"İlk 6 oyun asan keçmədi. Amma bizi qarşıda daha 7 oyun gözləyir".

Sportinfo.az xəbər verir ki, bunu Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" festivalında vahid liderə çevrilən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov deyib.

VI turda qara fiqurlarla hindistanlı Adhiban Başkaranı yenən Məmmədyarov növbəti görüşlərdə də bu qaydada davam etməyə çalışacağını bildirib.

O, 6 turdan sonra liderliyə yüksəlməsini belə dəyərləndirib: "Liderlər arasında olmaq çox maraqlıdır. Növbəti görüşlərin də maraqlı keçəcəyini gözləyirəm. Özümdən asılı olan hər şeyi edəcəm".

Bu gün keçiriləcək 7-ci turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla çinli Vey İ ilə üz-üzə gələcək. Hazırda Məmmədyarovun 4,5 xalı var.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i