Azərbaycandan 8 nəfər Batumidə keçiriləcək Dünya Kubokunda iştirak edəcək

11 İyun 03:30 Şahmat 554
Azərbaycandan 8 nəfər Batumidə keçiriləcək Dünya Kubokunda iştirak edəcək

Azərbaycanın 8 şahmatçısı Gürcüstanın Batumi şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasından bildirilib.

8, 10 və 12 yaşlı şahmatçılar arasında keçiriləcək yarışda Azərbaycanı Ziya Qubatov, Nurlan Qənizadə, Səfa Hümmətov, Attila Orman, Aminə Amanzadə, Nurcan Tahirova, Mehriban Əhmədli və Sadəgül Əfəndi təmsil edəcək.

Yeniyetmələr səfərə məşqçi Nicat Məmmədovun rəhbərliyi altında yollanacaqlar.

Turnir iyunun 15-28-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
31 İyul 18:10 Çək və bizə göndər!
31 İyul 09:40 Bəlkə də…