Şəhriyar Məmmədyarov "Tata Steel Chess"ə heç-heçə ilə başladı

14 Yanvar 2018 00:40 Şahmat 669
Şəhriyar Məmmədyarov "Tata Steel Chess"ə heç-heçə ilə başladı

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hollandiyanın Veyk-an-Zeye şəhərindəki "Tata Steel Chess" turnirində mübarizəyə start verib.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı qrossmeyster Masters kateqoriyası üzrə ilk turda qara fiqurlarla oynayıb.

Onun ilk rəqibi ABŞ təmsilçisi Uesli So olub. Görüş 29-cu gedişdə heç-heçə ilə yekunlaşıb - 0,5:0,5. Yanvarın 28-dək davam edəcək yarışda 14 şahmatçı mübarizə aparır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR