Belqradda Azərbaycanın şahmat pavilyonu açıldı

24 Aprel 05:00 Şahmat 343
Belqradda Azərbaycanın şahmat pavilyonu açıldı

Serbiyanın paytaxtı Belqrad şəhərinin Taşmaydan parkında Azərbaycanın şahmat pavilyonunun açılışı olub.

Sportinfo.az "report"un Balkan bürosuna istinadən xəbər verir ki,pavilyon Serbiyanın İdman Nazirliyinin dövlət katibi Marko Keşel, Serbiya Şahmat Federasiyasının Prezidenti Andriya Yorqiçin iştirakı ilə açılıb.

Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Taşmaydan parkındakı abidəsinin cəmi bir neçə addımlığında yerləşən bu yerdə Şahmat pavilyonunun açılması böyük məmnunluq doğurur:

Səfir vurğulayıb ki, bu gün Serbiya Azərbaycanın Avropa qitəsindəki ən yaxın dostlarından biri və etibarlı strateji tərəfdaşıdır.

K.Xasiyev qeyd edib ki, Serbiya və Azərbaycan böyük şahmat ənənələrini bölüşür, hər iki ölkə dünyaya ən güclü turnirlərdə uğurla mübarizə aparan bir sıra güclü qrossmeysterlər bəxş edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti