Azərbaycan təmsilçisi liderliyə yüksəldi - Avropa çempionatında

04:10 Şahmat 82
Azərbaycan təmsilçisi liderliyə yüksəldi - Avropa çempionatında

Polşanın Katovitse şəhərində təşkil edilən şahmat üzrə şəxsi Avropa çempionatında 9-cu tur sona çatıb.

Sportinfo.az xəbər verir ki, hesabat turunda İsrail təmsilçisi Benni Ayzenberqi məğlub edən azərbaycanlı şahmatçı Nicat Abasov liderliyə yüksəlib.

Aydın Süleymanlı ispan David Giharro ilə ilə heç-heçə edib.

Hazırda 7 xal toplayan Süleymanlı 5-ci pillədə qərarlaşıb. Hərəyə 7,5 xal toplayan Nicat Abasov və ispaniyalı David Giharro 9 turdan sonra 1-2-ci yerləri bölüşür. 7 xal toplayan digər azərbaycanlı şahmatçı Məhəmməd Muradlı 12-ci pillədədir.

Bu gün oynanılacaq 10-cu tur liderlərin dueliylə diqqəti cəlb edir. Eyni xala malik Nicat Abasovla David Giharonun mübarizəsi vahid lideri müəyyənləşdirə bilər.

Liderlərdən uzaqlaşan Riad Səmədov, Xaqan Əhməd və Xəzər Babazadə hərəyə 6 xal toplayıb.

Avropa çempionatında ilk 20-likdə qərarlaşacaq şahmatçılar Dünya Kubokuna vəsiqə qazanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 17:30 Çək və bizə göndər!
17 Aprel 08:20 "Səhvə yol verdiyim"