Şahmat üzrə 8,10,12,14,16 və 18 yaşadək oğlanlar və qızlar arasında ölkə çempionatına yekun vurulub.
Sportinfo.az xəbər verir ki, yarış ilk dəfə paytaxtdan kənarda - Gəncə şəhərindəki Gəncə İdman Sarayında təşkil olunub.
Ölkə çempionatının bağlanış mərasimində iştirak edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov qalibləri təbrik edərək onlara növbəti yarışlarda uğurlar arzulayıb
Müxtəlif yaş kateqoriyalarında qalib və mükafatçıları təqdim edirik.
8 yaşadək oğlanlar:
1. Ziya Qubatov (Quba)
2. Məhəmməd Mirzəyev (Bakı)
3. Kəmaləddin Hüseynov (Bakı)
3. Suad Rəhimli
8 yaşadək qızlar:
1. Əminə Əmənzadə (Bakı)
2. Selin Məmmədova (Gəncə)
3. Aylin Abbaslı (Şamaxı)
10 yaşadək oğlanlar:
1. Nurlan Qənizadə (Bakı)
2. Kənan Babasoy (Bakı)
3. Daniel Konovalov (Bakı)
10 yaşadək qızlar:
1.Nurcan Tahirova (Gəncə)
2. Banu Məmmədzadə (Bakı)
3. Şəms Carçılı (Qazax)
12 yaşadək oğlanlar:
1. Səfa Hümmətov (Bakı)
2. Kamran Babayev (Bakı)
3. Nurlan Əzizli (Sumqayıt)
12 yaşadək qızlar:
1. Mehriban Əhmədli (Gəncə)
2. Xanımzar Hümmətli (Sumqayıt)
3. Sadəgül Əfəndi (Bakı)
14 yaşadək oğlanlar:
1. Şəmsi Qaraxanov (Bakı)
2. Yaşar Şirinov (Bakı)
3. Suat İbrahimli (Bakı)
14 yaşadək qızlar:
1. Zəhra Allahverdi (Mingəçevir)
2. Leyla Mirzəliyeva (Sumqayıt)
3. Fatimə Mirzəliyeva (Sumqayıt)
16 yaşadək oğlanlar:
1. Paşam Əlizadə (Bakı)
2. Elçin Şəkərəliyev (Sumqayıt)
3. Hüseyn Qurbanov (Gəncə)
16 yaşadək qızlar:
1. Lalə Hüseynova (Bakı)
2. Əsnad Vəliyeva (Bakı)
3. Ayan Hüseynli (Bakı)
18yaşadək oğlanlar:
1. Tunar Davudov (Bakı)
2. Rüstəm Rüstəmov (Sumqayıt)
3. Fərid Orucov (Sumqayıt)
18 yaşadək qızlar:
1. Nərmin Abdinova (Bakı)
2. Nurtən Nuriyeva (Sumqayıt)
3. Leyla Budaqova (Gəncə)
Hər yaş qrupunda mükafatçı şahmatçılar müvafiq dərəcəli diplom və medalla təltif olunub.
Azərbaycan çempionları müvafiq yaş qrupunda 2026-cı ilin dünya çempionatı və Avropa çempionatına, 2-ci yeri tutan şahmatçılar müvafiq yaş qrupunda 2026-cı ilin Avropa çempionatına ezam ediləcək.
3-cü yeri tutan şahmatçılara isə reytinqli beynəlxalq yarışda iştirak üçün 2.000 AZN-dək maddi dəstək göstəriləcək.

