"Pley-off Azərbaycan çempionatı üçün uyğun sistemdir"

04:20 Şahmat 83
"Pley-off Azərbaycan çempionatı üçün uyğun sistemdir"

"Pley-off Azərbaycan çempionatı üçün uyğun sistemdir".

Sportinfo,az xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov ölkə çempionatının bağlanış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

AŞF prezidenti çempionata böyük marağın olduğunu bildirib:

"Sevindirici haldır ki, həm azarkeşlər arasında, həm də mediada çempionat böyük ajiotaja səbəb oldu. Gələn il, yəqin ki, mükafat fondunu bir az da artıracağıq.

Məhəmməd Muradlı üçüncü dəfə Azərbaycan çempionu oldu. Çoxları Şəhriyar Məmmədyarovu dəstəkləyirdi, ancaq əfsuslar olsun ki, bu dəfə də məğlub oldu.

Qadınlarda da Ülviyyə Fətəliyeva ilk dəfə çempion oldu. O, ötən çempionatda mübarizəni tərk edəndə çox gərgin hisslər keçirmişdi.

Bu il isə arzusuna çatdı. Ayan da çox gözəl oynadı, açığı, onun qalib gələcəyini gözləyirdim".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Fevral 02:00 “Onu kim tanımır ki?"