Ölkə çempionatında yarımfinal mərhələsinin ilk partiyaları oynanıldı - FOTOLAR

05:50 Şahmat 96
Ölkə çempionatında yarımfinal mərhələsinin ilk partiyaları oynanıldı - FOTOLAR

Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ilk partiyaları keçirilib.

Sportinfo.az xəbər verir ki, yarımfinalda rəmzi ilk gedişi Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Yaqub Hüseynov edib.

Şəhriyar Məmmədyarov - Aydın Süleymanlı və Məhəmməd Muradlı - Read Səmədov partiyalarında bərabərlik qeydə alınıb.

Qadınların yarışında Ülviyyə Fətəliyeva Gülnar Məmmədovanı məğlub edib. Digər partiyada Ayan Allahverdiyeva iki dəfə qayda pozuntusuna yol verdiyinə görə Türkan Məmmədyarova qalib elan edilib.

Sabah Azərbaycan çempionatında cavab oyunları keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Fevral 20:40 Rauf, uf, uf, uf...
17 Fevral 18:10 Çək və bizə göndər!
17 Fevral 08:20 Bir oyunluq cəzalandı