Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşdi, Məmmədov mübarizəni dayandırdı

04:10 Şahmat 48
Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşdi,  Məmmədov mübarizəni dayandırdı

Şahmat üzrə Azərbaycan çempionatında bütün yarımfinalçılar müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, tay-brek görüşlərində sensasiya qeydə alınıb.

Azərbaycan çempionatının ötənilki qalibi Rauf Məmmədov gənc şahmatçı Read Səmədova uduzaraq yarışla vidalaşıb.

Məhəmməd Muradlı favoritlərdən sayılan Eltac Səfərliyə qalib gələrək adını yarımfinala yazdırıb. Daha bir favorit Nicat Abasov isə Aydın Süleymanlıya məğlub olaraq çempionatı tərk edib.

Qadınların yarışında Türkan Məmmədyarova tay-brekdə Nərmin Abdinovadan güclü olub. Milli komandanın üzvü Gülnar Məmmədova isə Xanım Balacayevaya qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Sabah Azərbaycan çempionatında yarımfinal görüşləri başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Fevral 18:10 Çək və bizə göndər!
16 Fevral 07:30 Onlar 2800 manat alacaq