Azərbaycan çempionatının son 1/4 finalçıları bilindi

04:30 Şahmat 67
Azərbaycan çempionatının son 1/4 finalçıları bilindi

Şahmat üzrə Azərbaycan çempionatında son 1/4 finalçılar müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu gün baş tutan tay-brekdə Nicat Abasov gənc istedad Xaqan Əhmədə qalib gələrək adını növbəti mərhələyə yazdırıb.

Son çempion Rauf Məmmədov Şiroğlan Talıbovu üstələyərək mübarizəni davam etdirmək imkanı qazanıb.

Qadın şahmatçıların yarışında gözlənilməz nəticə qeyd alınıb.

Milli komandanın üzvü, 20 yaşlılar arasında dünya çempionu Gövhər Beydullayeva çempionatda çıxışını dayandırıb. G.Beydullayeva Nərmin Abdinovaya uduzaraq turniri tərk edib.

Sabah Azərbaycan çempionatında 1/4 final mərhələsinə start veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 Fevral 18:10 Çək və bizə göndər!