"Azərbaycan çempionatının mükafat fondunun artırılması nəzərdə tutulub"

04:20 Şahmat 66
"Azərbaycan çempionatının mükafat fondunun artırılması nəzərdə tutulub"

2027-ci ildə şahmat üzrə Azərbaycan çempionatının mükafat fondunun artırılması nəzərdə tutulub.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov ölkə çempionatının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

AŞF rəhbəri yarışla bağlı təəssüratlarını bölüşüb:

"Budəfəki Azərbaycan çempionatı da maraqla gözlənilir. Yarış olimpiya sistemi üzrə FİDE oyun qaydaları əsasında təşkil olunacaq. Bildiyiniz kimi, mükafat fondu artılıb. Gələn il mükafat fondunun bir qədər də artırılması nəzərdə tutulub. Bütün şahmatçılar çempionatda yer alıb. Bəzi qrosmeysterlər yarışa qatıla bilməyiblər. Vasif Durarbəyli Amerikada yaşayır. Namiq Quliyev isə Fransadan gələrək, turnirə qatılmalı idi. Teymur Rəcəbova gəlincə, o, şahmatın klassik növündə təşkil olunan yarışlara az-az qatılır. Qadınların yarışında bütün güclü oyunçular mübarizə aparacaqlar. Bildirməliyik ki, ölkə çempionatında yer almayan şahmatçılar Azərbaycan Şahmat Federasiyasının yardım proqramından məhrum olurlar".

Azərbaycan çempionatına 46 şahmatçı qatılacaq. Turnir fevralın 6-22-si aralığında təşkil olunacaq. Kişi şahmatçılarda 30, qadınlarda isə 16 iştirakçı mübarizə aparacaq.

Yarışın mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!