Birinci dəstədə qaliblər müəyyənləşdi - Ora vəsiqə qazananlar...

03:30 Şahmat 43
Birinci dəstədə qaliblər müəyyənləşdi - Ora vəsiqə qazananlar...

Şahmat üzrə Azərbaycan çempionatının I dəstə yarışlarına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

Respublika Şahmat Mərkəzində təşkil olunan yarışın nəticələrinə əsasən, Azərbaycan çempionatına vəsiqə qazanan şahmatçılar müəyyənləşib.

36 şahmatçının iştirak etdiyi kişilərin turnirdə Ümid Aslanov 7 xal toplayaraq 1-ci dəstəni zirvədə başa vurub.

Onunla yanaşı, Rəvan Əliyev, Fərid Orucov, Kənan Qarayev, Şəmsi Qaraxanov, Rəvan Uğuzov, Kənan İsbatov, Paşam Əlizadə, Suat İbrahimli ilk "doqquzluq"da yer almaqla Azərbaycan çempionatında iştirak hüququ əldə ediblər.

Namiq Quliyevin çempionatda iştirakdan imtina etməsi səbəbindən 10-cu yerə çıxan Allahverdi Həmidov də çempionata buraxılacaq.

18 iştirakçının qatıldığı qadınların mübarizəsində isə 8 xal toplayan Lalə Hüseynov birinci olub. Onunla yanaşı, Zəhra Allahverdi Azərbaycan çempionatına vəsiqə qazanıb.

Yarışlar FIDE oyun qaydaları əsasında İsveçrə sistem üzrə 9 turdan ibarət olmaqla keçirilib. Yekun nəticədə I dəstədə kişilər arasında ilk 10, qadınlar arasında isə ilk 2 yerin sahibi Azərbaycan çempionatında iştirakını rəsmiləşdirib.

Ölkə çempionatı fevralın 6-22-si aralığında təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Yanvar 18:10 Çək və bizə göndər!
15 Yanvar 09:40 "Qarabağ"dan YENİLİK