Iki azərbaycanlı: Biri 3 milyon, digəri 2 milyona yaxın pul qazanıb - FOTO

03:10 Şahmat 245
Iki azərbaycanlı: Biri 3 milyon, digəri 2 milyona yaxın pul qazanıb - FOTO

Məşhur “Chess.соm” portalı şahmat tarixində ən çox mükafat qazanan qrossmeysterlərin siyahısını tərtib edib.

Burada mükafat fondu 10.000 dollardan çox olan yarışlar hesaba alınıb.

Sportinfo.az xəbər verir ki, sözügedən siyahıda azərbaycanlı qrosmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov yer alıb.

Siyahının 21-ci sırasında olan qrosmeyster Şəhriyar Məmmədyarov ümumillikdə 1 milyon 781 min 988 dollar (3,030,000 AZN), 2025-ci ildə isə 38 min 639 dollar (65.686,30 AZN) mükafat qazanıb.

sehriyar-3-milyon-teymur-2-milyona-yaxin-pul-qazanib

Siyahının 28-ci sırasındakı Teymur Rəcəbov isə ümumi olaraq 1 milyon 117 min 290 dollar (1.900.000 AZN), 2025-ci ildə isə 6,275 dollar (10.667,50 AZN) qazanıb.

Sözügedən cədvəlin ilk pilləsində norveçli Maqnus Karlsen yer alıb. O, indiyədək 12 milyon 232 min 249 dollar (2025-ci ildə 1 milyon 455 min 276) qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Yanvar 22:40 "Araz-Naxçıvan"dan 7 qol
10 Yanvar 18:10 Çək və bizə göndər!
10 Yanvar 08:20 Bakıda UEFA-nın "B" kursu