Azərbaycan çempionatının mükafat fondu bəlli oldu

6 Yanvar 03:30 Şahmat 345
Azərbaycan çempionatının mükafat fondu bəlli oldu

Yanvarın 6-dan startı veriləcək şahmat üzrə Azərbaycan I Dəstəsinin mükafat fondu bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

Qurum çempionatda iştirak edəcək şahmatçıların sayını da açıqlayıb:

"Kişilərin yarışında mükafat fondu 7000, qadınlarda isə 3000 manatdır. Kişilərdə 40, qadınların mübarizəsində isə 20 nəfər iştirak edəcək.

Kişilər arasında ilk 9 pilləni tutanlar yüksək liqaya çıxacaqlar. Bu addım daha böyük rəqabət yaratmaq məqsədilə atılıb.

Çünki kişilərdə rəqabət güclüdür. Qadınların mübarizəsində isə ilk 2 yerin sahibi Azərbaycan çempionatına yüksələcək".

Azərbaycan I Dəstəsi yanvarın 6-14-ü aralığında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti