“Bizim əsas problemimiz...” - Federasiyanın prezidenti

4 Yanvar 03:00 Şahmat 178
“Bizim əsas problemimiz...” - Federasiyanın prezidenti

"Bu il bizim üçün yaxşı keçdi".

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov ilin yekunları ilə bağlı danışarkən deyib.

O, 2025-ci ilin ölkə şahmatı üçün maraqlı alındığını vurğulayıb:

“İl Azərbaycan çempionatı ilə başladı. Ölkə çempionatında iştirak şahmat təqvimimizdə əsas yer tutur. B

izim şahmatçıların əsas problemi praktikalarının az olmasıdır. Buna görə də “Chess Tour” təşkil etdik.

“Baku Open”, “Çempionların savaşı” kimi yarışlar keçirildi. Azərbaycanın kişilərdən ibarət millisi Avropa çempionatında ikinci yeri tutdu.

İspaniyada baş tutan dünya çempionatında isə qadın komandamız gümüş medal qazandı. Bu, möhtəşəm uğur idi”.

Digər Xəbərlər
Xəbər Lenti
4 Yanvar 20:00 Çək və bizə göndər!
4 Yanvar 08:00 Yollar buz bağlayacaq