Şəhriyar üzüaşağı gedir.. Bu dəfə 5 pillə gerilədi

2 Dekabr 2025 08:40 Şahmat 520
Şəhriyar üzüaşağı gedir.. Bu dəfə 5 pillə gerilədi

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni reytinq cədvəli açıqlanıb.

Sportinfo.az xəbər verir ki, siyahıda azərbaycanlı şahmatçılardan ən yüksək mövqe Şəhriyar Məmmədyarovdadır.

O, ötən reytinqlə müqayisədə 5 pillə geriləyərək 19-cu sırada qərarlaşıb - 2730.

Teymur Rəcəbov (2692) 37-ci, Rauf Məmmədov (2645) 78-ci, Eltac Səfərli (2644) 79-cu yerdədir. Aydın Süleymanlı (2628) isə 99-cu pillədədir.

Kişilərin siyahısına norveçli Maqnus Karlsen (2840) başçılıq edir.

Qadınlardan Ülviyyə Fətəliyeva (2440) ötən cədvəldəki mövqeyini qoruyub - 33-cü.

Günay Məmmədzadə (2390) 53-cü, Gövhər Beydullayeva (2358) 80-ci, Xanım Balacayeva (2350) 89-cudur.

Qadın şahmatçıların sıralamasında çinli Hou İfan (2620) liderliyini qoruyur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Yanvar 17:30 Çək və bizə göndər!
16 Yanvar 17:20 Daha bir transfer - FOTO