Şahmatçılarımız 1/4 finala yüksəldi - D ünya çempionatında

21 Noyabr 2025 04:30 Şahmat 536
Şahmatçılarımız 1/4 finala yüksəldi - D ünya çempionatında

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində keçirilən dünya çempionatında növbəti oyununu qələbə ilə başa vurub.

Sportinfo.az xəbər verir ki, yığmamız IV turda İspaniya komandası ilə qarşılaşıb və görüşdən 3,5:0,5 hesabı ilə qalib ayrılıb.

Bu nəticə sayəsində Azərbaycan millisi 1/4 finala yüksəlib və bu mərhələdə Gürcüstanla üz-üzə gələcək.

Komandanın heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva çıxış edib. Millinin kapitanı İlahə Qədimovadır.

Dünya çempionatına noyabrın 23-də yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
4 Yanvar 20:00 Çək və bizə göndər!
4 Yanvar 08:00 Yollar buz bağlayacaq