Həşimovun adını daşıyan komandanın gücü 10-cu yerə çatdı

04:00 Şahmat 90
Həşimovun adını daşıyan komandanın gücü 10-cu yerə çatdı

Yunanıstanın Rodos adasında klublar arasında keçirilən şahmat üzrə Avropa Kubokuna yekun vurulub. Azərbaycanı təmsil edən “Vüqar Həşimov” turniri ilk “onluq”da başa vurub.

Sportinfo.az xəbər verir ki, sonuncu – 7-ci turda Rauf Məmmədov, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Reyid Səmədov, Vüqar Manafov, Xəzər Babazadə və Qazaxıstan şahmatçısı Noqerbek Qazıbəkdən ibarət komanda Çexiyanın “Novi Bor” klubuna 1,5:4,5 hesabıyla uduzub.

Turnirin yekununda “Vüqar Həşimov” 10 xal toplamaqla 8-ci yeri tutub.

Heyətində azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarov və Xaqan Əhmədin yer aldığı Türkiyə klubları “Beyegan Pendik” və “Turkish Airlines”, uyğun olaraq, 4-cü və 9-cu yerləri bölüşüb.

Qadınlar arasında Serbiyanın “Sirmium Sremska Mitrovitsa” komandası (Gövhar Beydullayeva ilə) 2-ci, Rumıniyanın “SuperChess” klubu (Ülviyyə Fətəliyeva ilə) isə 4-cü olub.

Avropa Kuboku İsveçrə sistemi üzrə keçirilib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Noyabr 18:10 Çək və bizə göndər!